Accessibility links

Pakistanlı terrorçunun yerini deyənə 10 milyon dollar mükafat elan edilib


ABŞ hökuməti 2008-ci ildə Mumbayda qanlı terror hücumunun əsas təşkilatçısı olmaqda ittiham olunan pakistanlı terrorçunu tapmağa yardım edənə 10 milyon dollar pul mükafatı təklif edib. Dövlət Departamentinin “Ədalət naminə Mükafat” veb səhifəsi dünən Hafiz Məhəmməd Səyidin ələ keçirilərilməsii və ədalət qarşısına çıxarılmasına gətirib çıxaracaq məlumata görə mükafat elan edib. Səyid Pakistanda əsaslanmış Laşkari-Tayibə yaraqlı qrupunun təsisçisi və üzvüdür. Bu qrup Hindistan ərazisində bir sıra terror hücumu həyata keçirməkdə şübhəli bilinir. 2008-ci ilin noyabr ayında Hindistanın maliyyə mərkəzinə edilən hücum nəticəsində altısı amerikalı olmaqla 166 insan qətlə yetirilib. Pakistan rəsmiləri Mumbay hadisəsindən sonra Səyidi təxminən altı ay ev dustaqlığında saxladı. Ancaq sonra o, heç bir ittiham irəli sürülmədən azadlığa buraxıldı. Pakistanın Ali məhkəməsi onu həbsdə saxlamaq üçün kifayət qədər dəlilin olmadığını bildirmişdi.

XS
SM
MD
LG