Accessibility links

Pakistanın baş naziri Yusuf Raza Gilani məhkəməyə çağırılıb


Pakistanın baş naziri Yusuf Raza Gilani məhkəməyə çağırılıb
Pakistanın baş naziri Yusuf Raza Gilani məhkəməyə çağırılıb

Pakistanın ali məhkəməsi baş nazir tərəfindən məhkəmə qərarına edilən müraciəti rədd edib. Bu gün ali məhkəmə Yusuf Raza Gilaninin bazar ertəsi məhkəmədə iştirak etməsi qərarını qüvvədə saxlayıb. O, hökumətin Pakistan prezidenti Asif Əli Zərdariyə qarşı rüşvətlə bağlı prosesi İsveçrə rəsmilərinin yenidən açmaları üçün müraciət etməməkdə ittiham edilir.

Müqəssir olduğu sübut edilərsə cənab Giliyaninin vəzifəsi əlindən alınacaq, özü isə həbsxanaya göndəriləcək. Prokuror prezident Zərdari, sabiq baş nazir Benazir Buhutto və başqalarını milyonlarla dolları İsveçrə bankındakı hesablarında yumaqda ittiham edib. Prezident Zərdarinin həyat yoldaşı xanım Buhutto 2007-ci ildə qətlə yetirilib.

XS
SM
MD
LG