Accessibility links

Pakistanın ən iri partiyası Müttəhidə Qaumi Hərəkatı hökuməti tərk etdiyini bəyan edib


Pakistanın ən iri partiyası Müttəhidə Qaumi Hərəkatı hökuməti tərk etdiyini bəyan edib

Pakistanın ən iri partiyası Müttəhidə Qaumi Hərəkatı hökuməti tərk etdiyini bəyan edib

Pakistanın hakim koalisiyasının ikinci ən iri partiyası hökuməti tərk etdiyini və müxalifətə qoşulduğunu elan edib. Müttəhidə Qaumi Hərəkatının (MQM) rəsmiləri deyirlər ki, onların mənsub olduğu partiya Milli Assambleya və Senatda müxalifətə qoşulacaq. Bu addım partiyanın federal kabinet nazirləri olan iki üzvünün ötən həftə istefasının ardınca atılıb.

MQM artıq bir müddətdir ki, hökumətlə vergi islahatları, artan yanacaq qiymətləri və təhlükəsizliyi təkmilləşdirmə səyləri ilə bağlı fikir ayrılıqlarına malikdir. Hələlik MQM-in hakim koalsiyadan çıxmasının baş nazir Yusif Raza Gilani hökumətinin parçlanması ilə nəticələnəcəyi aydın deyil.

XS
SM
MD
LG