Accessibility links

Pakistanın şimal qərbində bomba hücumları polisləri hədəf alıb


Pakistanın şimal qərbində bomba hücumları polisləri hədəf alıb
Pakistanın şimal qərbində bomba hücumları polisləri hədəf alıb

Pakistanın qəbilələr yaşayan ərazisində yerləşən Pişəvər tez-tez Taliban hücumlarına səhnə olur

Rəsmilər bildirir ki, Pakistanın şimal qərbində polisləri hədəf alan bomba hücumları 5 adamın, o cümlədən yüksək rütbəli plis zabitinin ölümü ilə nəticələnib. Birinci hücumda intiharçı Pişəvər civarında polis rəisinin müavini Rəşid Xanı aparan maşına hücum edib. Xan və başqa üç nəfər hadisə yerində dərhal ölüb, bir neçə adam isə yaralanıb. Üç saat sonra polis maşını həmin ərazidən keçərkən yolkənarı bomba partlayışı baş verib. Burada bir polis həlak olub, üç nəfərsə yaralanıb. Pakistanın qəbilələr yaşayan ərazisində yerləşən Pişəvər tez-tez Taliban hücumlarına səhnə olur.

XS
SM
MD
LG