Accessibility links

Pakistanın şimal-qərbində leysan yağışlar davam edir


BMT sellərin 3 milyondan çox insana zərər vurduğunu bildirib

Pakistanın şimal-qərbində leysan yağışları bu gün də davam edib. Güclü sellərin azı 1400 adamın ölümünə səbəb olduğu xəbər verilir. Sellərin yolları və körpüləri sıradan çıxardığı və kommunal sistemə ziyan vurduğu üçün fəlakətin baş veridyi bölgələrə yardımın çətinləşdiyi bildirlir. BMT sellərin 3 milyondan çox insana zərər vurduğunu bildirib. Təbii fəlakətdən zərər çəkənlər hökumətin onların qayğısına qalmadığından şikayətlənirlər.

BMT-nin Uşaq Fondu təbii fəlakətin baş verdiyi bölgələrdə vəziyyətin ağır olduğunu, həmin bölgələrə içməli su və ərzaq lazım olduğunu bildirmişdir. Dünya Ərzaq Fondu ən çox Pişəvər, Mərdan, Çaqsadda və Nouşerə bölgələrinə ziyan dəydiyini bildirib.

XS
SM
MD
LG