Accessibility links

Pakistanın Kəraçi şəhərində bir günlük matəm elan edilib


Pakistanın Kəraçi şəhərində bir günlük matəm elan edilib

Pakistanın Kəraçi şəhərində bir günlük matəm elan edilib

Kəraçi şəhərində şənbə günündən başlayaraq azı 56 nəfər qətlə yetirilib

Pakistanın Kəraçi şəhərində şənbə günündən başlayaraq azı 56 nəfərin ölümü ilə nəticələnən siyasi zorakılığın ardınca bir günlük matəm elan edilib. Təhlükəsizlik qüvvələri bu gün idarələrin bağlı olduğu və ictimai nəqliyyatın işləmədiyi şəhərdə keşik çəkir. Pakistanın baş naziri Yusif Raza Gilani Kəraçi şəhərinə hərbiçilər yerləşdirmək barədə qərarın hələ verilmədiyini deyərək, mülki rəsmilərin vəziyyətə nəzarət etməyə qadir olduqlarını bildirib. Hadisə ilə bağlı azı 55 şübhəli şəxs saxlanılıb. Dünən ən dəhşətli hücum nəticəsində silahlı şəxs bazarda 11 nəfəri qətlə yetirib.

XS
SM
MD
LG