Accessibility links

Pakistanın Kəşfiyyat Agentliyinin Əfqanıstandakı yaraqlıları xarici qüvvələrə qarşı mübarizəni davam etdirməyə həvəsləndirir

Wall Street Journal-ın açıqladığı yeni hesabatda deyilir ki, Pakistanın Kəşfiyyat Agentliyinin üzvləri Taliban yaraqlılarını Əfqanıstandakı ABŞ və NATO qüvvələrinə qarşı mübarizəni davam etdirməyə həvəsləndirirlər. Bu hesabat Birləşmiş Ştatların bu yaxınlarda Pakistanı yaraqlılara qarşı mübarizədə lazımi qədər iş aparmadığına görə tənqid etməsindən sonra açıqlanıb. Hesabatda Talibanın adını açıqlamadığı komandirlərindən birinə istinadən deyilir ki, Pakistanın casus agentliyi ISI polis işçiləri, əsgərlər və mülki vətəndaşlar da daxil edilməklə, Talibanın hamıda qorxu hissi yaratmasını istəyir. Pakistan 1990-cı illərdən bəri Əfqanıstanda Taliban sıralarının genişlənməsinə və güclənməsinə yardım edib.

XS
SM
MD
LG