Accessibility links

Pakistanın Pişəvər şəhərində ABŞ konvoyuna hücum olub


Pakistanın Pişəvər şəhərində ABŞ konvoyuna hücum olub

Pakistanın Pişəvər şəhərində ABŞ konvoyuna hücum olub

Bu gün Pakistanın şimal-qərb şəhəri Pişəvərdəki ABŞ konsulluğunun konvoyunu hədəf alan bomba hücumunun məsuliyyətini Taliban qrupu öz üzərinə götürüb. Pakistan rəsmiləri içərisində 50 kiloqram partlayıcı maddə olan maşının konvoy maşınlarının yanından keçərkən uzaq məsafədən idarə edilərək, partladıldığını deyirlər.

Şahidlərin dediyinə görə, partlayış konsulluğun zirehli maşınlarından birinin elektrik dirəyinə dəyməsinə səbəb olub. Hadisə zamanı yoldan keçən bir pakistanlının öldüyü, 11 nəfərin isə yaralandığı bildirilir. Birləşmiş Ştatlar səfirliyi isə işçilərdən yüngül xəsarət alanların olduğunu bildirib.

XS
SM
MD
LG