Accessibility links

Pakistanın Xeybər rayonunda 42 yaraqlı öldürülüb


Pakistan rəsmiləri və yaraqlılar bu gün Xeybər ucqar rayonunun Tirah vadisində hücumun baş verdiyini təsdiq edib

Pakistanın qırıcı təyyarələri Əfqanıstan sərhədi boyu ölkənin şimal-qərb ucqar regionundakı militantların mövqelərini bombalayaraq 42 nəfəri öldürüb. Pakistan rəsmiləri və yaraqlılar bu gün Xeybər ucqar rayonunun Tirah vadisində hücumun baş verdiyini təsdiq edib. Xeybər NATO qoşunlarının Əfqanıstana Pakistan vasitəsilə gedən başlıca təchizat marşrutudur. Yaraqlılar regiondan keçən NATO yük maşınlarına hücum etməkdə ittiham olunur. Pakistan ordusu bu yaxınlarda Xeybər və qonşu Orakzayda hərbi əməliyyatlar başladıb. Rəsmilər deyir ki, bu günədək döyüşlər zamanı 300-dən çox yaraqlı öldürülüb.

XS
SM
MD
LG