Accessibility links

Pakistanın baş naziri Nəvaz Şərif Əfqanıstan prezidenti Həmid Karzayla dərin məsləhətləşmələr aparmaq üçün Kabildə bir günlük səfərdədir. Danışıqların gündəmini ikitərəfli əlaqələrin inkişafı və Əfqanıstanın sülh səyləri təşkil edir.

Bu, mayda keçirilmiş parlament seçkilərində qələbə əldə edəndən sonra cənab Şərifin Əfqanıstana ilk rəsmi səfəridir.

Pakistan baş nazirinin Talibanın zorakılığa son qoyub siyasi barışıq prosesinə qoşulmasına çalışan Əfqanıstan AIi Sülh Şurasının üzvləri ilə də danışıqlar aparması gözlənilir.
XS
SM
MD
LG