Accessibility links

Pakistanda müxalifət liderinə silahlı hücum olub


Pakistan paytaxtında hökumət əleyhinə yürüş keçirən müxalifət lideri İmran Xanın avtomobilinə odlu silahdan atəş açılmasında sonra şəhərdə qarşıdurma yaşanıb.

Müxalifət liderinin sözçüsü deyir ki, güllə Xanın maşınına dəyib, ancaq o, heç bir xəsarət almayıb. Bundan başqa bir qrup şəxs onun kortejinə daş atmağa başlayıb.

Xan və müsəlman ruhani Tahir Ul-Qadri İslamabada maşın korteji və yürüşə rəhbərlik edib. Yürüş korrupsiyada ittiham olunan baş nazir Nəvaz Şərif hökumətinə qarşı yönəlib.

Dünən Lahordan başlayan yürüş paytaxt İslamabadadək 375 kilometr məsafəni əhatə edir.

Etiraz aksiyalarına qadağa qoyulsa da, hökumət rəsmiləri bildirib ki, müxalifət tərəfdarlarının paytaxta doğru yürüşünə icazə veriləcək.

Bu arada Pakistanın cənub-qərbindəki rəsmilərin məlumatına görə, yaraqlıların iki hərbi hava bazasına hücumu təhlükəsizlik qüvvələri ilə toqquşməyə səbəb olub və nəticədə 8 yaraqlı oldürülüb. Rəsmilər deyir ki, yaraqlılar Quettadaki Samunqli və Xalif hava bazalarına hücum edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG