Accessibility links

Pakistan prezidenti ürək müayinəsi üçün Dubaya gedib (Yenilənib)

  • Amerikanın səsi

Pakistan prezidenti ürək müayinəsi üçün Dubaya gedib (Yenilənib)

Pakistan prezidenti ürək müayinəsi üçün Dubaya gedib (Yenilənib)

İstefaya getdiyi barədə şaiyələr yayılan Pakistan prezidenti Asif Əli Zərdarinin ürəyinin müayinəsi üçün Dubaya getdiyi bildirilir. Prezidentin sözçüsü bu gün şayiələri təkzib edərək deyib ki, cənab Zərdarinin həkim müayinəsindən keçməsi əvvəlcədən planlaşdırılmışdı.
Baş nazir Yusuf Raza Gilaninin ofisindən verilən bəyanatda deyilir ki, prezident ürək simptomları ilə bağlı Dubay xəstəxanasında müayinə ediləcək.

Bəzi xəbər agentliklərinin rəsmilərə istinadən açıqladıqları məlumatda Pakistan prezidentinin yüngül formada infarkt keçirdiyi bildirilir.

Pakistanın Londondakı yüksək səviyyəli rəsmisi Vacid Şamsul Həsən Associated Press-ə həkimlərin cənab Zəvahirinin ürəyində problem olduğunu təsdiq etdiklərini deyib.

Rəsmilər cənab Zərdarinin tez bir zamanda vətəninə dönəcəyini deyirlər.

XS
SM
MD
LG