Accessibility links

Pakistanın şimal-qərbində bölgəsində yerləşən kömür mədənində uçqun baş verib.

Rəsmilər qəza nəticəsində ən azı 7 nəfərin həlak olduğunu bildirir.

Yerli mətbuat orqanlarının verdiyi məlumata əsasən, insident nəticəsində 45 nəfər şaxtaçı isə yerin altında qalıb. Onların şaxtadan çıxarılması istiqamətində xilasetmə işləri davam etdirilir.

Rəsmilər bildirib ki, insidentlə bağlı istintaq başlayıb, qəzanın baş vermə səbəbləri və detalları araşdırılır.

XS
SM
MD
LG