Accessibility links

Pakistanda daha bir dəhşətli hücum - 37 ölü


Pakistanın şimal bölgəsinin rəsmiləri deyir ki, bu gün Peşəvər şəhərinin mərkəzində maşına yerləşdirilmiş güclü bombanın partlaması nəticəsində 37 nəfər həlak olub, 75 nəfər isə yaralanıb. Bu bir həftə ərzində şəhərdə baş verən üçüncü güclü partlayışdır.

Bugünkü hücum msəcid və polis bölməsi yaxınlığında şəhərin qədim bazarında səhər tezdən insanların basırıq olduğu vaxt həyata keçirilib.

Şahidlər hadisə baş verən zaman insanların təşviş içərisində olduğunu və hara qaçacaqlarını bilmədiklərini deyib.

Hücum Bütün Müqəddəs Kilsədən çox da uzaqda baş verməyib. Keçən həftə bu kilsənin qarşısında həyata keçirilən hücum nəticəsində 85 xristian həlak olmuşdu. Ölənlərin yarından çoxu qadınlar və uşaqlar idi.

Cümə günü isə Peşəvərin sərhəd zonalarında hökumət işçilərini aparan avtobusun partladılması nəticəsində 19 nəfər ölmüşdü.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG