Accessibility links

Pakistanın şimal-qərbində tarixi Xristian kilsəsinin qarşısında iki intiharçı hücumu nəticəsində 75 nəfərdən çox insan həlak olub. Bu son illər ərzində ölkənin xristian əhalisinə qarşısı ən böyük hücumdur.

Hadisənin baş verdiyi Peşəvər şəhəri yaxınlığındakı xəstəxananın baş həkimi bildirib ki, 120 nəfər vəziyyəti ağırdır. Ölənlər arasında qadınlar uşaqlar və kilsənin qarşısında asayişi qoruyan iki müsəlman polis zabiti var.

130 yaşlı "Bütün Müqəddəs Kilsə"dəki mərasimə 600-dən çox insan qatılıb və bomba partladılan zaman kilsənin qarşısında insanın pulsuz yemək paylanılırdı.

Talibanın Pakistandakı cinahı hücumun məsuliyyətini öz üzərinə götürərək deyib ki, Birləşmiş Ştatlar ölkənin ucqar ərazilərinə pilotsuz təyyarə hücumlarını davam etdirdiyi müddətdə qeyri-müsəlman əhaliyə qarşı hücumlar təşkil ediləcək.
XS
SM
MD
LG