Accessibility links

Pakistanın Bəlucistan vilayətində qadınlara hücumlar həyata keçirilir


Pakistanın Bəlucistan vilayətində qadınlara hücumlar həyata keçirilir
Pakistanın Bəlucistan vilayətində qadınlara hücumlar həyata keçirilir

Bundan əvvəlki hücumda da bir kişinin iki bacıya turşu atdığı xəbər verilmişdi

Pakistan polisinin bildirdiyinə görə, ölkənin cənub-qərbindəki Bəlucistan vilayətinin Qalat şəhərində naməlum bir şəxs bu gün üç bacıya hücum edərək, üzərlərinə turşu tökmüşdür. Rəsmilər 14-dən 20 yaşlarında olan bacıların ciddi yanıqlar aldığını deyirlər. Belə bir hücumun Bəlucistanda son həftələr ərzində ikinci dəfə həyata keçirildiyi deyilir. Bundan əvvəlki hücumda da bir kişinin iki bacıya turşu atdığı xəbər verilmişdi. Polis hücumçuların ələ keçirilmədiyini bildirib.

XS
SM
MD
LG