Accessibility links

Çay Ziyafəti hərəkatı Konqresdə sərt xətt yürüdür


Çay ziyafəti hərəkatı Konqresdə sərt xətt yürüdür
please wait

No media source currently available

0:00 0:03:02 0:00
Vaşinqtonun Konqres binası yaxnlığında sakitlik hökm sürür. Daxildə isə vəziyyət gərgindir.

Nümayəndə Endi Barr ultra mühafizəkar Çay ziyafəti hərəkatıın üzvüdür.
Bu partiya 2009-cu ildə siyasi müstəviyə çıxıb. Hərəkat hazırda Respublikaçılar partiyası daxilində fəaliyyət göstərir.

Nümayəndələr palatasının üçdə bir hissəsi, yəni Barr da daxil edilməklə 80 nümayəndə hökumətin fəaliyyətini dayandıran məktuba imza atıb.

Barrın dediyinə görə, demokratların 2010-cu ildə konqresin hər iki palatasında əksəriyyət təşkil etdikləri vaxt hazırladıqları səhiyyə islahatları qanunu onun Kentuki ştatındakı seçicilərinin xoşuna gəlmir. “Mən çağırışlar, müzakirələr, seçicilərimin Obamakeyr barədə firkilərinə məhəl qoymaya bilmərəm. Bu, onların ailələri, bizneslərinə ziyan vuracaq.”

Kuk siyasi hesabata görə, 80 respublikaçının çoxunun təmsil etdiyi bölgələr amerikalıların əksəriyyətindən fərqli mövqedədir. Məsələn, prezident Obamaya səs verənlərin yalnız 38 faizi Barrın təmsil etdiyi ştatdandır.

Mötədil respublikaçılar Obamakeyrə qarşı çıxsalar da Çay ziyafəti hərəkatının hökuməti bağlama taktikasının əleyhinədir. Təhlilçilər hesab edir ki, onlar partiyanın münasibətindən ehtiyat etdikləri üçün məsələyə belə mövqedən yanaşır.

Bununla yanaşı həm respublikaçılar, həm də demokratlar biri-birinə vəd verməkdən ehtiyat edir.

İndi tərəflər kimin birinci addım atacağını gözləyir. O vaxta qədər isə hökumət bağlı qalacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG