Accessibility links

Fələstinin Çex Respublikasındakı səfiri Praqadakı evində baş verən partlayış nəticəsində ölüb


Fələstinin Çex Respublikasındakı səfiri Camal-Əl-Camal Praqadakı evində baş verən partlayış nəticəsində dünyasını dəyişib. Rəsmilər hadisənin çox güman ki, qəza səbəbindən baş verdiyini deyirlər.

Fələstin rəsmilərinin bildirdiyinə görə, partlayış çərşənbə günü səhər, səfir ona gətirilən köhnə seyfi açarkən baş verib. Çex polisi güclü partlayışdan ciddi xəsarət alan səfirin xəstəxanada vəfat etdiyini, onunla birlikdə evdə olan və tüstüdən zəhərlənən 52 yaşlı qadının da xəstəxanaya çatdırıldığını bildirib.


Partlayışın hansı səbəbdən baş verdiyi məlum olmasa da, bəzi məlumatlarda seyfdəki partlayıcı qurğunun təhlükəsizlik sisteminin bir hissəsi olduğu deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG