Accessibility links

“Evlilikdən sonra sülh” komediyası fələstinli gəncin Bruklindəki həyatından danışır [Video]


“Evlilikdən sonra sülh” komediyası
please wait

No media source currently available

0:00 0:03:17 0:00
Əslən fələstinli, Bruklində yaşayan kinorejissorun “Evlilikdən sonra sülh” komediyası Nyu-York şəhərində sevgi və mədəniyyətlərarası toqquşmalardan bəhs edir. Ərafatın “Evlilikdən sonra sülh” filmində validenyləri ilə Fələstindən gələrək Bruklində məskunlaşan və orada böya-başa çatan gənc Amerika həyatına uyğunlaşa bilmir.

Ssenari müəllifi və filmin direktoru, eləcə də baş rolun ifaçısı Qazi Əlbulivi hekayənin özünün şəxsi həyatından götürüldüyünü deyir. İordaniyadakı qaçqın düşərgəsində anadan olandan az sonra onun valideynləri Birləşmiş Şatalara mühacirət edib.
“Mənim tanıdığım Bruklin, mənim fikrimcə böyük bir mədəniyyət şokunu əks etdirir. Əsl şok Bruklində yox, “vətənə” qayıdanda baş verir. Bunu filmdə görə bilərsiniz.”

O, Ərafatın evləndikdən sonra həyat yoldaşının hiddətlənmiş qohumlarından qaçaraq, geriyə, İordan Çayının Qərb Sahilinə, evlərinə dönməsini nəzərdə tutur. Geri, Nyu-Yorka döndükdən sonra sevgili tapmağa çalışan Ərafat Amerikada yaşamaq icazəsi almaq istəyən qadınla saxta nikaha daxil olur. Evləndiyi qadın israillidir

Əlbulivi deyir ki, bu hekayə Nyu Yorkdakı həyat haqdadır, siyasət əks etdirmir.
“Mən bu filmin Nyu-York komediyası olduğunu düşünürəm. İnsanlar bunun İsrail və ya Fələstin münaqişəsi haqda olduğunu düşünə bilərlər, lakin mən özüm haqda yazmışam. Burada siyasətdən deyil, mənim Bruklindəki gülməli həyatımdan, İsraildən Nyu-Yorka gələn israilli qızdan söhbət açılır.”

Bəlkə də hamı bunu belə qəbul etmir. Filmin premyerası ötən ilin noyabrında Abu-Dabidə keçirilən Film Festivalında olub. Orada zarafatla filmi “seksual cihad” adlandıraraq, bu filmin Yaxın Şərqə sülh gətirəcəyini deyəndən sonra Əlbulivi Ərəb mətbuatı tərəfindən baykot edilmişdi.

Əbulivinin ikinci filmi isə 11 sentyabr hadisələrindən sonra çəkilib. Bu komediyada Osama adlı amerikalı ərəbdən danışılır. “Bu, mənim nəzərimdə hmind dövrə bir film açıqcasıdır. Bu ümidi bərpa etmək haqdadır. Amma bu həm də şəhərin necə bağışlamağa qadir olması və hamıya qucaq açması, mənim kimi adama öz həyatını davam etdirməyə imkan verməsi haqdadır.”

Keçən payız “Evlilikdən Sonra Sülh” filmi ilk ərəb filmi kimi Qüdsdə keçirilə Film Festivalında ekrana çıxarıldı. Gələn yay isə bu film kommersiya filmi kimi Türkiyədə nümayiş etdiriləcək.
XS
SM
MD
LG