Accessibility links

Mahmud Abbas Suriyadakı fələstinli qaçqınların geri qayıtmasını istəyir


Fələstinlilərin prezidenti Mahmud Abbas Suriyadakı döyüşlərdən əziyyət çəkən fələstinli qaçqınların İordaniyanın Qərb Sahillərinə və Qəzza Zolağına gələ bilmələrinə imkan yaradılmasını istəyir.

Rəsmi VAFA xəbər agentliyinin bildirdiyinə görə, cənab Abbas BMT baş katibi Ban Ki Mundan fələstinli qaçqınların təcili olaraq Fələstin ərazilərinə daxil olmalarına yardım etməsini xahiş edib.

BMT-nin Himanitar Yardım və İşlər Agentliyi Suriyanın doqquz rəsmi və üç qeyri-rəsmi düşərgəsində 486 mindən çox fələstinli qaçqının məskunlaşdığını bildirib.

Bu həftə Suriya hökumətinə məxsus hərbi təyyarələr paytaxt Dəməşqdəki Yarmuk qaçqın düşərgəsini bombardman edərək bir neçə adamın ölümünə bais olublar.
XS
SM
MD
LG