Accessibility links

Fələstinlilərin BMT-də təklifi:Faktlar

  • Amerikanın səsi

Fələstinlilərin BMT-də təklifi:Faktlar

Fələstinlilərin BMT-də təklifi:Faktlar

Hələlik cənab Abbasın müstəqil Fələstin dövlətinin BMT-də tamhüquqlu statusda tanınması üçün Təhlükəsizlik Şurasının təsdiqini almağa, ya da təşkilatda qeyri-üzv statusu qazanmağa çalışdığı aydın deyil

Fələstinlilərin prezidenti Mahmud Abbas cümə günü BMT-nin Baş Assambleyasında Fələstin dövlətinin tanınması məsələsini gündəmə gətirəcək.

PROSES

Fələstinlilər İsraillə illərdir sürən danışıqlar nəticə vermədikdən sonra Fələstin dövlətinin BMT-də tanınmasını istəyir. Hələlik cənab Abbasın müstəqil Fələstin dövlətinin BMT-də tamhüquqlu statusda tanınması üçün Təhlükəsizlik Şurasının təsdiqini almağa, ya da təşkilatda qeyri-üzv statusu qazanmağa çalışdığı aydın deyil. Dövlətin BMT səviyyəsində tanınması xüsusi bir prosesdir. Birincisi, Fələstin Dövlətinin BMT-nin tamhüquqlu üzvü kimi göstərən qətnamə təqdim olunur. Sonra mətnlə tanış olmaq üçün qətnamə Təhlükəsizlik Şurasına göndərilir. Təhlükəsizlik Şurası sənədin tam tərkibdə Baş Assambleyaya göndərilməsi üçün səsvermə keçirir. Dövlətin tanınması üçün BMT-yə üzv dövlətlərin üçdə-ikisinin səsi lazımdır.

Qeyri-üzv statusunu almaq üçün 193 üzvü olan Baş Assambleyada səs çoxluğu kifayətdir. Fələstinlilər hazırda BMT-də müşahidəçi statusuna malikdir.

BMT-də səsvermə hüququna malik olmayan üzv statusu fələstinlilərə Beynəlxalq Ədalət Məhkəməsi kimi BMT-nin komitələrinə müraciət etmək imkanı verəcək.

FƏLƏSTİNLİLƏR NƏ ÜÇÜN BU TƏKLİFLƏ ÇIXIŞ EDİR

Prezident Abbas İsrailin fələstinlilərin gələcək dövlət üçün istədikləri torpaqlarda yaşayış məntəqələrinin inşasını dayandırmamasına etiraz olaraq, keçən il ABŞ-ın vasitəçilik etdiyi danışıqlardan çıxdı. Fələstinlilər deyir ki, sülh prosesi baş tutmadığı üçün onlar birtərəfli qaydada öz dövlətini yaratmağa çalışacaq. Cənab Abbas bildirir ki, fələstinlər dünyada işğal altında qalan yeganə xalqdır.

İSRAİLLİLƏR NƏ ÜÇÜN BU ADDIMA QARŞI ÇIXIR

İsrailin Baş naziri Benyamin Netanyahu Fələstin dövlətinin BMT-də tanınması planını n mənası olmadığını deyib və bildirib ki, sülh razılağı yalnız birbaşa danışıqlar vasitəsilə mümkündür. Cənab Netanahu fələstinliləri davamlı şəkildə danışıqlardan yayınmaqda ittiham edib. O, Fələstin Muxtariyyətini birtərəfli şəkildə addım atmamağa çağıraraq, İsrailin sülh naminə həqiqi tərəfdaş olacağını deyib. İsrail liderləri deyir ki, danışıqları ötərək, məsələni BMT-yə çıxarmaqla, fələstinlilər əvvəlki razılaşmaları pozur və bu, İsrailin sanksiyalarına gətirib çıxara bilər.

ABŞ NƏ ÜÇÜN VETO QOYMAQ İSTƏYİR

Obama administrasiyası fələstinlilərin addımına qarşı çıxaraq, bunun fələstinlilər və israilliləri danışıqlar masasına qaytarmağa kömək etməyəcəyini bildirir. Prezident Obama təklifin Yaxın Şərqdə yalnız onun sözlərilə, danışıqlar yolu ilə əldə ediləcək sülh prosesindən diqqəti yayındırdığını bəyan edib. BMT Təhlükəsizlik Şurasının veto hüququna malik beş daimi üzvündən biri olan ABŞ bildirir ki, səsvetməyə qoyulsa, Təhlükəsizlik Şurasında fələstinlilərin təklifinə veto qoyacaq.

XS
SM
MD
LG