Accessibility links

İŞİD Suriyada tarixi məbədi partladıb


Suriya qədim incəsənət departamentinin rəhbəri bildirib ki, İslam Dövləti (İŞİD) qrupu Palmira səhrasında qədim Roma dövründən qalan məbədi dağıdıb. Militantlar İraq və Suriya ərazilərində tarixi abidələri məhv edir.

Dağıdılan məbəd Səmanın İlahı Baal Şaminin məbədidir. Ora qapalı yer deyildi. Ümumi əraziyə açıq idi.

Suriya dövlət televiziyası qədim incəsənət departamentin rəhbəri Mamun Əbdul Kərimə istinadən bildirib ki, Baal Şamin məbədi bazar ertəsi günü dağıdılıb. İslam Dövləti qrupunun militantları məbədi partlayıcılarla dağıdaraq ətrafdakı daş sütunlara da zərər veriblər.

Bəzi müxalifət mənbələri isə məbədin bir həftə əvvəl dağıdıldığını bildirib.

Livan universitetinin təqaüddə olan tarix üzrə professoru Albert Nakaç deyib ki, məbəd Səma Allahının şərəfinə tikilmişdi.

Albert Nakaç: "Dağıdılan məbəd Səma Allahı Baal Şaminin məbədidir. Ora qapalı yer deyildi. Ümumi əraziyə açıq idi. Həmin vaxt Palmiranın ətrafı qədim Romalılar tərəfindən Finikiya-Suriya adlandırılırdı. Bu, həmin ərazidə fərqli insanların yaşadığını göstərir."

1963-cü ildən bəri həmin səhralarda araşdırma aparan Palmiranın qocaman arxeoloqu Xalid əl-Əsəd militantlar tərəfindən bu yaxınlarda qətlə yetirilib.

Suriyanın vitse-prezidenti Nəcəf əl-Attar Xalid əl-Əsədin anım mərasimində bildirib ki, Suriya İslam Dövləti qrupuna qarşı mübarizədə çoxlu şəhid verib.

İŞİD həmçinin Homs şəhərində yerləşən 1500 yaşı olan xristian monastrını məhv edib.

Militantlar İraqın tanınmış arxeologi tapıntısı Nimrud, Hattar və Mosuldakı muzeyləri də dağıdıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG