Accessibility links

Suriya rəsmilərinin bildirdiyinə görə, ordu Parmira şəhərində kütləvi qəbir aşkar edib.

Rəsmilər deyir ki, qəbirdə qadınlar və 3 uşaq da daxil olmaqla ən azı 40 cəsəd var. Cəsədlərin bəzilərində başın bədəndə ayrıldığı aşkar edilib.

Ordu Palmira şəhərini keçən həftənin bazar günü ələ keçirib.

"Səhra gəlini" adı ilə tanınan Palmiranı bir zamanlar hər il 10 minlərlə turist ziyarət edib.

2015-ci ilin mayında şəhərə nəzarəti ələ keçirən İŞİD terror qruplaşması YUNESKO-nun şəhərdə dünya tarixi irsinə daxil etdiyi abidələri yararsız hala gətirmişdi.

XS
SM
MD
LG