Accessibility links

Palmiranın bərpası başlayır [Video]


Palmiranın bərpası başlayır
please wait

No media source currently available

0:00 0:01:34 0:00

Palmiranın bərpası başlayır

Rusiyanın havadan dəstəyi ilə Suriya hökümət qüvvələri keçən həftə qədim Palmira şəhərini İslam Dövləti qrupundan geri alıb. UNESCO-nun Dünya İrsı siyahısında olan bu şəhər ötən ilin may ayından bəri İŞİD-in nəzarəti altında idi. Amerikanın Səsinin əməkdaşı Rozanna Skirbl şəhərin gözlənildiyindən daha yaxşı vəziyyətdə olduğunu və yenidən bərpa oluna biləcəyini deyir.

Palmirada muzey
Palmirada muzey

Suriyalılar Palmiranı Səhra Mirvarisi adlandırır. Burada birinci və ikinci əsrdə sivilizasiyaların kəsişməsində yerləşən böyük bir şəhərin qədim abidələrinin qalıqları mövcuddur. Son on ay ərazidə İŞİD üzvləri buradakı qəbirləri talan edib, əntiq əşyaları qarət edib, ziyarətgah və ibadətgahları partladıb. BMT bu əməlləri müharibə cinayətləri adlandırırb.

Böyük dağıntılara baxmayaraq, uzaqdan çəkilmiş şəkillərdə hələ də çox abidənin bütöv olaraq qaldığı görünür.

Suriyanın Əntiq və Muzey Direktoratına başçılıq edən Mamun Əbdülkərimin dediyinə görə, şəhər yenidən Suriyanın nəzarəti altında olduğu üçün mütəxəssislərdən ibarət komanda şəhəri bərpa etməyə hazırlaşır.

Biz şəhərin azad olunması uğrunda döyüşdən sonra ən pis mənzərəni gözləyirdik, amma məncə kabus artıq bitdi. Palmiranın panoramik görüntüsü pis deyil.

“Bizim böyük imkanlarımız və təcrübəmiz var. Biz bundan əvvəl Palmirada onlarla bərpa işləri həyata keçirmişik. Yəni bunu etmək üçün təcrübəmiz var.”

BMT-nin mədəniyyət qurumu olan UNESCO atılacaq növbəti addımları müəyyən etmək üçün bu həftə görüş keçirərək. Əbdülkərim isə Suriya hökümətinin Palmiranın yenidən yaraqlıların əlinə keçməsinin qarşısını almaq üçün ciddi ehiyat tədbirləri görüləcəyini gözləyir.

Palmira
Palmira

“Biz şəhərin azad olunması uğrunda döyüşdən sonra ən pis mənzərəni gözləyirdik, amma məncə kabus artıq bitdi. Palmiranın panoramik görüntüsü pis deyil.”

Əntiqlər idarəsinin rəhbəri dağıdılmış abidələrin bərpa ediləcəyinə söz verir. O, beynəlxalq ictimiayyəti bu mədəniyyət döyüşündə Suriyanı dəstəkləməyə çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG