Accessibility links

Palmira - Dinlər və mədəniyyətlərin kəsişdiyi yer [Video]


Palmira - Dinlər və mədəniyyətlərin kəsişdiyi yer
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Suriyanın qədim Palmira şəhəri alim və filosofların diqqət mərkəzindədir. Din və mədəniyyətin kəsişdiyi bu şəhər səhrada təxminən 3 kilometr uzanır. Lakin terrorçu İslam Dövləti qrupu Palmiranın bir hissəsini dağıdıb. Getti Araşdırmalar İnstitutunun Los-Ancelesdə açdığı sərgidə şəhərin dağıntılardan əvvəlki gözəlliyi nümayiş etdirilir.

Keçmiş sivilizasiyaların qalıqları keçmişlə hazırkı dövr arasında bir körpü kimidir. Suriyanın bəzi şəhərlərində qədim abidələr zamanla deyil, insan tərəfindən dağıdılıb. “Qəzəbin nəticələri çox kədərli olur” deyə, Arxeoloqiya institutundan Merilin Buçellati bildirir.

Təhqiqatçı alım Merilin və onun arxeoloq həyat yoldaşı Corcio Buçelattilər üçün İslam Dövləti qrupunun darmadağın etdiyi qədim Palmira şəhəri ilə bağlı xüsusi xatirələri var. “Biz Palmiraya ilk dəfə ikinci bal ayımızda getmişdik”.

Merilin Buçellati: “Ay işığında şəhərin romantik hissəsində, Bel məbədinin ətrafında gəzib, əsrlərdən qalma gözəlliyə valeh olursunuz.”

Lakin dünya iris sayılan bu gözəl abidənin bir hissəsi dağıdılıb. Getti Araşdırmalar İnstitutunun təhqiqatçısı Frensis Terpak: “İŞİD Palmiraya yerləşdi və 2015-ci ildə onlar şəhərin iki ən böyük məbədini, Bel və Baal-Şamin məbədlərini dağıtdı.”

Palmiranın dağıdılmamışdan əvvəlki halı Getti Araşdırmalar İnstututunun onlayn sərgisində saxlanıb. Burada qədim Palmiranın 1864-cü ildə çəkilmiş ilk şəkilləri var. Lakin bu şəkillərin çəkilməsindən öncə, 100 il əvvəl əllə çəkilmiş eskizlər də burada saxlanır. Merilin Buçellati: “Maraqlıdır, 200 il əvvəl hazırlanmış qravyuralar və cızmalarda şəhərin nələr itirdiyini görmək olar.”

Arxeoloqlar və tarixçilər Suriyanın qədim səhra şəhərlərində dünyanın diqqətini çəkən elementlərin olduğunu deyirlər. “Heç kəs gözəlliyə biganə deyil və Palmira buna gözəl misaldır. Siz geriyə, keçmişə dönsəniz tamamilə başqa bir yolda olduğunuzu, lakin reallığın eyni olduğunu görərsiniz. Yəni o dövrlə indiki dövr arasında oxşarlıq tapmaq olar.”

Bu oxşarlıq müxtəlif mədəniyyətlərə malik olan keçmişlə indini bir-birinə bağlayır və biz bunu institutun rəqəmsal sərgisində görə bilərik.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG