Accessibility links

İslam Dövləti Palmiradakı Roma teatrını dağıdıb


İslam Dövləti yaraqlıları qədim Palmira şəhərinin ən məşhur tarixi abidələrindən biri olan Tetrapilon Roma Teatrının fasadını məhv edib.

Suriya hökuməti altı ildir davam edən münaqişədə UNESCO-nun tarixi abidələr siyahısına daxil olan Palmiranı dekabr ayında ikinci dəfə itirdi.

Tetrapilon Palmiranın nəhəng kolonadaları arasındakı daş platforma üzərində 4 sütundan ibarət tikilidir.

Havadan çəkilən görüntülərdə Roman Teatrının səhnəsindəki bir neçə abidənin də xəsarət aldığı görünür.

Suriyanın müxalifət müşahidəçiləri də İslam Dövlətinin qədim tarixi abidələrin qalıqlarını məhv etdiyini təsdiq edib.

Suriya Tarixi Abidələr idarəsinin rəhbəri Maamun Əbdülkərimin dediyinə görə, havadan çəkilən görüntülər Roma teatrının dekabr ayının 26-ı ilə yanvarın 10-u arasında dağıdıldığını göstərib.

İŞİD Palmiranı dekabr ayında, Rusiyanın dəstəyi ilə həyata keçirilən hücumlardan 9 ay sonra hökumət qüvvələrinin əlindən alıb.

Ekstremist qrup şəhərin məşhur 1800 il tarixi olan arka da daxil edilməklə, bir çox tarixi abidəni sıradan çıxarıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG