Accessibility links

Pamela Anderson marafonda iştirak edib


Pamela Anderson Nyu-York marafonunda iştirak edib. Dar idmam kostyumunda qaçışçı dostları ilə yarışan aktrisaya qardaşı Qerri də qoşulub.

“Baywatch” serialının ulduzu zərif bədəninə qara rəngli idman kostyumu geyib, başına isə beysbol papağı qoyub.

46 yaşlı aktrisa özünün ilk marafonunu 5 saat 41 dəqiqə ərzində başa vurub. Bəli, aktrisa bu sınaqdan da çıxa bilib. Amma bir qədər sonra Pamela mehmanxana otağında halsız vəziyyətdə çarpayıya uzanmış və bütün bədəninə buz qoymuş halda şəklini Tweeter-də bölüşüb.

Pamela qaçan zaman əlini sağ ayağının üzərində tutması ayağının zədələnməsinə işarə edir. Amma aktrisa xeyriyəçilik üçün pul toplamaq yolunda marafonu başa vurur.
XS
SM
MD
LG