Accessibility links

Pan Gi Mun: Ölkələr demokratiyaya uyğun olmur, demokratiyadan keçərək uyğunlaşır


Pan Gi Mun: Ölkələr demokratiyaya uyğun olmur, demokratiyadan keçərək uyğunlaşır
Pan Gi Mun: Ölkələr demokratiyaya uyğun olmur, demokratiyadan keçərək uyğunlaşır

Yaxın Şərqdə, Şimali Afrikadakı dramatik hadisələr hələ də böyük maraqla izlənməkdədir. Bunlar demokratiyanın bütün insanlar tərəfindən arzulanan və konkret bir mədəniyyətə aid olmayan universal model olduğunu təsdiqlədi.

Bu gün Beynəlxalq Demokratiya Günüdür. Azərbaycanda Demokratiya günü münasibəti ilə nə rəsmi, nə də qeyri rəsmi səviyyədə hər hansı tədbirin keçirildiyi qeydə alınmayıb.

BMT Baş katibi Pan Gi Mun Beynəlxalq Demokratiya Günü münasibəti ilə dünya ictimaiyyətində müraciətində deyilir ki,

bu il demokratiya tarixində çox önəmli olub. Milyonlarla insan Yaxın Şərqdə, Şimali Afrikada və başqa yerlərdə dramatik hadisələrdə iştirak edib və bu hadisələr hələ də böyük maraqla izləməkdədir. “Bütün bunlar demokratiyanın bütün insanlar tərəfindən arzulanan məfhum, yəni konkret bir mədəniyyətə aid olmayan universal model olmasını təsdiqlədi. Bu il bizə həm də, demokratiyanın xaricdən ixrac və ya tətbiq olunmasının mümkün olmadığını öyrətdi; o insanların istəyi ilə yaradılmalı, güclü və aktiv vətəndaş cəmiyyəti ilə tərbiyə olunmalıdır. Dünya “Ölkələr demokratiyaya uyğun olmur, onlar demokratiyadan keçərək uyğunlaşırlar” ifadəsinin doğru olduğunun şahidi oldu. Hər şeydən əvvəl gənclər bu mesajı ölkələrinə gətirdilər. Onlar demokratik idealları müdafiə edirdilər və indi dəyişiklik potensialını reallaşdırmaq üçün çalışarkən çətinliklərlə üzləşirlər”.

Baş katib hesab edir ki, demokratiya həqiqətləri bu il yeni təməldə yarandı, - bu il Şərqi Avropanın böyük transformasiyasının 20-ci ildönümüdür. “Regionun bir çox ölkələri hələ də demokratiyaya keçidin ilk mərhələsindədir. Onlar qanunun aliliyi, şəffaflıq və hesabatlılığın gücləndirilməsinin, siyasi və iqtisadi sistemin yoxlanılmasının nə qədər zəhmətli iş olduğunu bilir. Onlar maneələrin gözləntiləri puç edə biləcəyini və irəli getmək üçün həvəsin lazım olduğunu bilir. Təcrübə iş zamanı yaranır”.

Sənəddə deyilir ki, Birləşmiş Millətlər Təşkilatı demokratiya səylərini dəstəkləmək üçün mövcuddur. “BMT dünyada demokratik institutların və məşğuliyyətlərin inkişaf etdirilməsi və gücləndirilməsi naminə hər hansı başqa bir fərdi təşkilatdan daha çox çalışır. BMT vətəndaş cəmiyyətini iştiraka həvəsləndirən azad və ədalətli seçkilər, mübahisəli səsvermədən sonra partiyalar arasında yaranmış çıxılmaz vəziyyət zamanı dialoqun qurulmasını dəstəkləyir. O, kövrək siyasi hallarda konfliktin qarşısını almaq üçün vasitəçilik edir və eləcə də konflikt bitdikdən sonra məsul təhlükəsizlik institutları üçün şərait yaradır. O, qanun aliliyini gücləndirmək, çox partiyalı quruluşu inkişaf etdirmək və effektiv, məsuliyyətli idarəetmə, ombudsman idarələri, anti-korrupsiya qurumları və gender bərabərlik orqanları yaratmaq üçün ekspertlərin köməyindən istifadə edir”, - deyə baş katib qeyd edib.

Onun fikrincə, BMT demokratiyanın hər hansı milli və ya regional modelini tətbiq və ya təbliğ etmək kimi məqsəd güdmür. “BMT demokratik idealın bütün dünya fəlsəfəsi və adətlərində kök salması; effektiv hökumətin kişi və qadınların həyat səviyyələrini hər yerdə yüksəltməsi; habelə demokratiyanın davamlı sülh, təhlükəsizlik və inkişafı təmin etməsi anlayışı üzərində çalışır”.

Baş katib dünya ictimaiyyətini demokratiyanın həyat reallığı olması üçün çalışan bütün insanlara, xüsusilə də bu ilin əlamətdar hadisələrinin aparıcı qüvvəsi olan cavan insanlara dəstəyini ikiqat artırmağa çağırır. “Bu onların ilidir. Gəlin onların demokratiya uğrunda götürdükləri öhdəliyə hörmət edək”, - deyə sənəddə vurğulanır.

XS
SM
MD
LG