Accessibility links

"Vergi cənnətlərinin" inkişaf etməkdə olan ölkələrə təsiri [Video]


Bir çox “vergi cənnəti” sayılan ölkələrdə şəffaflıq və nəzarətin olmaması əsasən də inkişaf üçün pula ən çox ehtiyacın olduğu ölkələrə baha başa gəlir.

Bəlkə də artıq Panamadakı hüqüq şirkətindən sızan 11,5 milyon sənədi əhatə edən “Panama Səndələri” barədə eşitmisiniz. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) tərəfindən ifşa edilən bu sənədlərdə qlobal maliyyə sisteminin qaranlıq tərəfi üzə çıxır. Bu sistem daxilində dünya elitası anonim qalmaq və ya vergidən yayınmaq üçün münətəzəm qaydada pullarını gizlədir. Bəziləri pulları gizli hesablarda saxlamağın qeyri-qanuni olmadığını iddia edir, digərləri isə deyir ki, bir çox “vergi cənnəti” sayılan ölkələrdə şəffaflıq və nəzarətin olmaması əsasən də inkişaf üçün pula ən çox ehtiyacın olduğu ölkələrə baha başa gəlir.

Biz də günahsız deyilik. ABŞ belə halların baş verdiyi ikinci ən böyük yurisdiksiyadır. Hər il ABŞ-da təxminən bir milyona yaxın qaranlıq şirkətlər təsis edilir. Yəni, bu təkcə inkişaf etməkdə olan ölkələrdə deyil, Amerikada da böyük bir problemdir.

Yeni araşdırma göstərir ki, “vergi cənnətləri”ndəki hesablara qlobal maliyyə sistemindən 1,1 trilyon dollar miqdarında pul keçirilib. Bunun nəticəsində ən çox ziyana uğrayanlar isə yoxsulluğu aradan qaldırmaq üçün milyardlarla vergi gəliri və beynəlxalq yardımdan aslılı inkişaf etməkdə olan ölkələrdir.

Bütün dünyada pulların qanunsuz axınını izləyən Global Financial Integrity qrupunun direktoru Tom Kardamonun dediyinə görə, “bu rəqəm o ölkələrə gedən bütün xarici sərmayə və xarici yardımdan daha yüksək bir rəqəmdir. Ona görə də bu çox vacib bir problemdir.”

Vikipediyada İsveçrədən tutmuş Panamaya kimi “vergi cənnəti” hesab edilən ölkələr siyahısında 81 ölkənin adı sadalanır. Onların sırasına Karib hövzəsinin bir çox ölkələri də daxildir. Bu ölkələrin cəlbedici olmasının səbəbi xarici vəttəndaşlara cüzi və ya heç bir vergi öhdəliyi olmadan anonim ofşor hesablar açmaq imkanı ilə ətmin etməsi ilə bağlıdır.

Cənab Kardamon deyir ki, “əsas problem şirkətə və ya bank hesabına kimin sahib olduğunun gizlədilməsidir.”

“Vergi cənnətləri” narkotik alverçilərini və terrorçuları məxfiliklə təmin edə, onların alçaq planlarını gizlətməsinə yardım edə bilər. ICIJ-ın ifşa etdiyi bir şirkət də anonim biznes işlərinin aparılması üçün yaradılan qaranlıq şirkət, hüquqi bir bizness müəssisəsidir.

Panama Sənədləri

Panama Sənədləri

ICIJ müxbiri Uill Fitzgibbon deyir ki, bu qaranlıq şirkət ABŞ höküməti tərəfindən Suriya hərbi hava qüvvələrini evlər, biznes idarələri və mülki vətəndaşlara atdığı çəllək bombalarında istifadə olunan neftlə təmin etməkdə ittiham olunub.

Anonim hesablar vasitəsilə sərvətlərini gizlətmək təsəvvür edildiyindən də geniş yayılıb. ABŞ-da ən çox qaranlıq şirkət iki ştatda – Nevada və Delaverdə fəaliyyət göstərir.

“Biz də günahsız deyilik. ABŞ belə halların baş verdiyi ikinci ən böyük yurisdiksiyadır. Hər il ABŞ-da təxminən bir milyona yaxın qaranlıq şirkətlər təsis edilir. Yəni, bu təkcə inkişaf etməkdə olan ölkələrdə deyil, Amerikada da böyük bir problemdir,” deyə Tom Kardamon bildirir.

Onun sözlərinə görə, anonim ofşor hesabları açmaq sadəcə biznes haqda ümümi bilik, internet bağlantısı və kiçik rüsumm tələb edir. Kardamon ümid edir ki, Panama sənədləri bu hesablar və şirkətlərin daha şəffaf olması üçün təzyiqi artıracaq.

XS
SM
MD
LG