Accessibility links

Panama Sənədləri yeni ittihamlara gətirib çıxara bilər [Video]


Panama Sənədləri yeni ittihamlara gətirib çıxara bilər
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Panama Sənədləri yeni ittihamlara gətirib çıxara bilər

Panama Sənədləri terror qruplarına maddi dəstək və Birləşmiş Ştatlarda maliyyə qanunlarını sərtləşdirmək məqsədilə siyasi təzyiqi artırmaqda günahlandırılan insanlara qarşı yeni ittihamların irəli sürülməsinə gətirib çıxara bilər. Ekspertlər terrorçuların maliyyələşdirilməsinin qarşısını almaq səylərinin daha effektiv olmağa başladığını desə də, müharibə gedən bəzi ərazilərdə fəaliyyət göstərən xeyriyyə təşkilatları yeni qaydaların yardım işlərinə ziyan vurduğunu iddia edir.

Terror qruplarına maliyyə yardımının qarşısını almaq çox mühümdür, çünkü böyük hücumlar planlaşdırıldığı zaman partlayıcı maddələr, silahlar və digər xərclər üçün pula ehtiyac olur.

Maliyyə Dürüstlüyü Şəbəkəsinin (Financial Integrity Network) sanksiyalar üzrə eksperti Erik Loberin sözlərinə görə, terror qrupları sahiblərinin gizli saxlanıldığı şirkətlərdən istifadə edərək, rəsmilərin pulların belə terror təşkilatlarına köçürüldüyünü aşkar edə bilməsinin qarşısını almağa çalışır. “Panama Sənədlərində gizli şirkətlər yaradanlar arasında Hizbullah kimi terrorçu təşkilatların olduğu bildirilir.”

Sabiq senator Karl Levin uzun illərdir gizli şirkətlərdəki məxfiliyə son qoymaq üçün rəsmi Vaşinqtona təzyiq göstərir. Məqsəd isə terrorun maliyyələşdirilməsi, narkotik qaçaqmalçılığı, vergidən yayınma və korrupsiyaya mane olmaqdan ibarətdir. O, qanunvericilərə bu qalmaqalın nəticəsiz qalmasına yol verməmək barədə xəbərdarlıq edib.

Panama Sənədləri
Panama Sənədləri

Lakin iqtisadçı Maykl Rubinin dediyinə görə, daha sərt maliyyə qanunlarının mənfi cəhətləri də var. O deyir ki, güclü nəzarət terror və cinayət qruplarını pul köçürmələrinin daha köhnə və yavaş üsullarından istifadə etməyə vadar edir. Rubin bunun “böyük problem” olduğunu deyir, çünki hüquq-mühafizə orqanlarının bu ənənəvi üsullara nəzarət etməsi daha çətindir.

Bunun digər bir mənfi təsiri də ondan ibarətdir ki, bir çox bank müharibə gedən ölkələrdə insanlara yardım məqsədilə pul toplayan xeyriyyə təşkilatlarının hesablarını gözlənilmədən bağlayır. Bu cür ölkələr çox vaxt iqtisadi sanksiyaların hədəfi olur və bəzi banklar sanksiya qaydalarını pozduqları üçün böyük cərimələrlə üzləşir. Əvvəllər bəzi xeyriyyə təşkilatlarından terror qruplarına ötürüləcək pulların gizlədilməsi üçün istifadə olunub.

Xeyriyyə təşkilatlarının üzləşdiyi problemlər

Bu isə Yer üzərində ən çətin yerlərdə insanlara yardım etmək üçün pul toplayan və banklara çıxışları olmayan, xərclərini ödəyə bilməyən qanuni xeyriyyə təşkilatları üçün ciddi problemlər yaradır.

Riskin yüksək və mükafatlandırılmanın isə aşağı səviyyədə olmasına görə bu banklar əlavə rəsmi araşdırmaya ehtiyac olan yerlərdə çalışan təşklatlarla iş görməyə həvəssiz olur.

Bir çox ekspert beynəlxalq ictimaiyyətin terror və cinayət qruplarının istifadə etdiyi təkmilləşdirilmiş üsullara nəzarət etmək üçün hələ çox səy göstərilməli olduğunu desə də, Lorber son 15 ildə terrorun maaliyyələşdirilməsinin qarşısının alınması sahəsində inkişafın əldə olunduğunu deyir. Onun sözlərinə görə, 20-30 il öncə terrorçular maliyyə sitemi vasitəsilə asanlıqla pul köçürə bilirdi, indi isə bunu etmək daha çətindir və onlar bunu edərkən hər an yaxalana bilər.

Londonlu etirazçılar baş nazir Deyvid Kameronun istefaya getməsini tələb edir
Londonlu etirazçılar baş nazir Deyvid Kameronun istefaya getməsini tələb edir

BMT baş katibinin siyasi məsələlər üzrə yardımçısı Cefri Feltman deyir ki, terror qruplarının qarşısının alınması üzv ölkələrin informasiya və maliyyə sahəsində kəşfiyyat məlumatlarının mübadiləsi, eləcə də özəl şirkətlərlə koordinasiyanın gücləndirilməsində daha effektiv işləməsini tələb edir.

O deyir ki, bəzi terror qrupları nəzarət etdikləri bölgələrin sakinlərindən vergi toplayır, arxeoloji əraziləri qarət edir, fidyə üçün adam qaçırır və sosial media və digər vasitələrlə ianələr toplayır.

Vaşinqtonda Senatın Banklar Komitəsinin üzvü Elizabet Uarren Maliyyə Nazirliyini təhqiqatları gücləndirməyə çağırır.

Maliyyə naziri Cek Lyu terrorun maliyyələşdirilməsinin qarşısını almaq strategiyasının artıq keçən ildən bəri icra olunduğunu, Ədliyyə Nazirliyi rəsmiləri isə Panama Sənədlərindəki məlumatları nəzərdən keçirdiklərini bildirir.

XS
SM
MD
LG