Accessibility links

Panama Sənədləri artıq internetdədir [Video]


Panama Sənədləri artıq internetdədir
please wait

No media source currently available

0:00 0:01:51 0:00

Ötən ay üzə çıxan Panama Sənədləri yenidən diqqət mərkəzindədir, belə ki zəngin siyasətçilər və məhşur insanların ofşor hesablarına dair sənədlərdən ibarət böyük məlumat bazasına artıq internetdən çıxış olacaq. Sənədlər uzun zamandır dünya elitasının gizli şirkətlərdən istifadə edərək vergidən yayındıqlarına dair şübhələri təsdiqləyib. Panamada fəaliyyət göstərən hüquq firması Mossack Fonseca tərəfindən idarə olunan 200 mindən çox ofşor şirkətlərinin hesablarını sənədləşdirən məlumat bazası bazar ertəsi günü Beynəlxalq Araşdırmaçı Jurnalistlərin Konsorsiumu (ICIJ) tərəfindən internetdə yerləşdirlib.

Vergi cənnətlərinin gizli olmasından çox vaxt sui-istifadə edilir və gizli şirkətlərdən çirkli pulların yuyulmasından tutmuş silah qaçaqçılığına kimi bir sıra cinayətlərdə istifadə edilir.
Marina Walker Guevara

Panama Sənədləri ilə bağlı məlumatlara ictimaiyyət üçün çıxış imkanının verilməsi sənədlərin ilk dəfə açıqlamasından daha böyük təsir yarada bilər.

Bütün dünyada insanlar 200-dən çox ölkə və əraziyə aid ofşor hesabları ilə bağlı məlumat bazasında axtarış edə biləcəklər.

“Bunun ən böyük təsiri odur ki, biz gücü yenə də insanların ixtiyarına veririk”, deyə Beynəlxalq Araşdırmaçı Jurnalistlərin Konsorsiumunun direktor müavini Marina Uolker Gevara bildirir.

Ötən ay ofşor hesabları ilə bağlı çıxan xəbərlər Britaniyanın baş naziri Deyvid Kameronu və Rusiya prezidenti Valdimir Putini daxil olmaqla bir sıra siyasi liderləri xəcalətə uğratdı, İslandiya və İspaniyada isə yüksək vəzifəli rəsmilərin istefasına səbəb oldu. Araşdırmaçı jurnalistlər indi bütün dünyada insanları qlobal maliyyə şəffaflığını artırmaq səylərinə qoşulmağa çağırır.

Panamada fəaliyyət göstərən hüquq firması və onun müştəriləri onlara qarşı sürülən ittihamları təkzib edir. Vergi cənnətləri qanunsuz deyil, amma zərərlidir, çünki onlar zəngilnlərin üzərinə düşən vergi payını ödəməməsinə imkan yaradır və beləliklə də vergi öhdəliyinin böyük hissəsi aşağı və orta gəlirli isnanların üzərinə düşür. Bazar ertəsi üç yüz iqtisadçı dünya liderlərini vergi cənnətlərini ləğv etməyə çağıran məktub imzalayıb. Onalr vergi cənnətlərinin qeyri-bərabərliliyi artırdığını və qlobal iqtisadiyyata ziyan vurduğunu deyir.

Panama Sənədləri
Panama Sənədləri

“Vergi cənnətlərinin gizli olmasından çox vaxt sui-istifadə edilir və gizli şirkətlərdən çirkli pulların yuyulmasından tutmuş silah qaçaqçılığına kimi bir sıra cinayətlərdə istifadə edilir.”

Onlayn məlumat bazasında ölkə, ad, ünvan və bir sıra başqa göstəricilərə əsasən axtarış mümkündür. Kimlik və bank hesabları kimi həssas informasiya burada mövcud deyil.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG