Accessibility links

Leon Panetta Əfqanıstan prezidenti ilə görüşüb (yenilənib)

  • Amerikanın səsi

ABŞ müdafiə naziri Leon Panetta bir neçə əfqanı öldürməkdə şübhəli bilinən ABŞ əsgərini Əfqanıstandan çıxarma qərarına narazılıq barədə danışıqlar aparmaq üçün bu gün əfqan prezidenti Həmid Karzayla görüşüb.

Əfqan prezidenti Həmid Karzay bu həftənin əvvəli Əfqanıstanın cənubunda 16 mülkü vətəndaşın qətlindən sonra ABŞ qoşunlarını əfqan kəndlərindən çıxaraq hərbi bazaya çəkilməyə çağırıb. Cənab Karzay eyni zamanda müdafiə naziri Leon Panettaya əfqan hökumətinin planlaşdırıldığı kimi 2014-cü ildə yox, 2013-cü ildə ölkəyə tam nəzarəti öz əllərinə almaq istədiklərini deyib. Bu gün Kabildə keçirilən danışıqlar zamanı əfqan lideri cənab Panettaya Əfqanıstan hökumətinin təhlükəsizliyə dair bütün məsuliyyətini öz üzərinə götürməyə hazır olduqlarını deyib.

ABŞ hökuməti 10 il davam edən əfqan müharibəsinə siyasi həll tapmaq üçün Qətərdə Talibanla danışlıqlar aparır. Lakin yaraqlı qrupun bugünkü bəyanatında deyilir ki, Taliban ABŞ-ın əfqan mülkü vətəndaşlarının qətli ilə bağlı mövqeyini bildirənədək danışıqları dayandırır.

Pentaqonun sözcüsü, hərbi dəniz donanması kapitanı Con Kirbi əsgərin təhlükəsizliyi və təhqiqatçıların onu sorğu-sual edə bilməsi üçün dünən Əfqanıstandan çıxarıldığını deyib. O bildirib ki, əsgərin ölkədən çıxarılması onun Əfqanıstanda məhkəmə qarşısına çıxmayacağı demək deyil. Belə ki, bir çox əfqan əsgərin Əfqanıstanda məhkəmə edilməsini tələb edir.

XS
SM
MD
LG