Accessibility links

General Con Allenin Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəri Deyvid Petreasın istefasına yol açan qalmaqalla bağlılığının olmasına baxmayaraq ABŞ müdafiə naziri Leon Panetta onun Əfqanıstandakı Amerika qüvvələrinin komandanı vəzifəsində qalmasına əminliyini ifadə edib.

Panetta qalmaqalla bağlı ilk açıqlamanı Avstraliyada verib. Nazir Avstraliyada ikitərəfli strateji əməkdaşlıq danışıqlarında iştirak edir.

Federal Təhqiqatlar Bürosu (FTB)general Allen və Cill Kelli barədə 20000-30000 kommunikasiya səhifəsini aşkara çıxarandan sonra o, Pentaqonun daxili istintaqına cəlb edilib. Araşdırma mesajların "uyğun" olub-olmamasına yönəlib.

Kelli FTB-na şikayət edərək bildirib ki, ona genereal Perteasla əlaqələri olan Paula Broadveldən hədələyici emaillər daxil olub.
XS
SM
MD
LG