Accessibility links

Papa Fransis ABŞ-a tarixi səfərə başlayıb


Roma Papası Fransis Birləşmiş Ştatlara səfərə başlayıb. Papa Frensisi ABŞ-a gətirən İtaliya hava yollarının təyyarəsi yerli vaxtla saat 3:49-da paytaxt Vaşinqton yaxınlığında Merilend ştatında Enrdüs hərbi hava bazasında yerə enib.

Roma katolik kilsəsinin başçısını ABŞ prezidenti Barak Obama, birinci xanım Mişel Obama və onların iki qızı, Birləşmiş Ştatların rəsmi nümayəndələri qarşılayıb.

Roma Papası ABŞ-a Kubadan sonra səfər edir.Kommunist adaya səfərin sonunda pontif Kubanın Santiaqo şəhərində yerləşən El Kobre müqəddəs ibadətgahında dini mərasim keçirib.

Papa Fransis Kubanın üçüncü böyük şəhəri Holquində də olub. Şəhər Kubada katolik dini etiqadının beşiyi sayılmaqla yanaşı, eyni zamanda 1959-cu ildən ölkəni idarə edən kommunist liderlər Fidel və Raul Kastronun anadan olduğu yerdir. Roma Papası Kuba səfərinə Havanada Kastro qardaşları ilə görüşlə başlayıb.

Bir neçə siyasi dissident Papanı onlarla görüşmək təklifini qəbul etmədiyi üçün tənqid edib.

Kubanın dissident İnsan Haqları Kommisiyasının məlumatına əsasən, təxminən 50 siyasi fəal saxlanılıb və onların Roma Papasının iştirakı ilə keçən tədbirlərə qatılmasına icazə verilməyib. Komissiya saxlanmış bəzi fəalların sonradan azad edildiyini bildirib.

Papa Fransis və Vatikan rəsmiləri 2014-cü ildə Havana və Vaşinqton arasında aylardır aparılmış gizli danışıqlarda fəal rol oynayıb. Danışıqların kulminasiya nöqtəsi Raul Kastro və Barak Obamanın 53 ildən sonra diplomatik əlaqələrin yenidən bərpa olunduğunu elan etməsi oldu.

XS
SM
MD
LG