Accessibility links

Papa Fransis müqəddəs cümə axşamı mərasimində Romada azyaşlıların həbsxanasında 2 gənc qadın və 10 gənc kişinin ayaqlarını yuduqdan sonra əyilərək öpüb.

Roma Katolik papasının iştirak etdiyi müqəddəs cümə axşamı ritualı İncilə istinadən İsa peyğəmbərin çarmıxa çəkilməzdən əvvəl Son Nahar zamanı 12 apostlun ayaqlarını yumasından qaynaqlanır. Bu ənənə indiyədək yalnız kişilərlə məhdudlaşıb.

Mərasimin azyaşlıların məhbəsində keçirilməsi ilk dəfədir ki, baş verir.

Özündən mənsəbcə aşağı səviyyəli adamların ayağını yumaq Xristianlıqda itaət və sadəlik rəmzidir.

Bundan əvvəlki papalar ayaq-yuma ritualını müqəddəs Con Lateran kafedralında keçirib.

Papa Fransis iki həftə bundan əvvəl ali dini vəzifəyə seçilib. Əslən argentinalı sabiq kardinal Horhe Berqoqlio daim kasıblara yardım edən xeyirxah Müqəddəs Fransisin adını öünə papa titulu kimi seçib.
XS
SM
MD
LG