Accessibility links

Konstantinoplun Pravoslav patriarxı üç liderlə birlikdə Yaxın Şərqdə sülhün bərpa olunması üçün dua mərasimində iştirak ediblər

İsrail prezidenti Şimon Peres və Fələstin lideri Mahmud Abbas Yaxın Şərqdə sülhün bərqarar olması üçün Vatikanda Roma Papası Fransislə birlikdə dua mərasimində iştirak ediblər.

Bazar günü üç lider Konstantinoplun Pravoslav patriarxı ilə birgə kardinallar, ravinlər və imamların xristian, yəhudi və müsəlman dualarını dinləyiblər.

Argentinanın keşişi cənab Abbas və Peresə bildirib ki, sülh üçün çağırışlar müharibədən daha üstündür. Müharibənin insanlara təsirləri sülh axtarışlarını zəruri edir.

Papa keçən ay Yaxın Şərq sülh danışıqlarının pozulmasından bir həftə sonra gözlənilmədən iki liderə dəvət göndərib.

Vatikan liderləri Kilsənin gələcək İsrail-Fələstin danışıqlarında yer almaq istəmədiyini də vurğulayıb.
XS
SM
MD
LG