Accessibility links

Papa Fransisin ABŞ-da səfəri davam edir


Roma Papası Fransis Nyu-Yorkda BMT-nin baş qərargahında dünya liderləri qarşısında çıxış edib. O, dünya liderlərini iqlim dəyişikliyinə, yoxsulluğa qarşı mübarizəyə və münaqişə zonalarından qaçan miqrantlara kömək etməyə çağırıb.

BMT-də çıxışından sonra papa 11 Sentyabr Milli Xatirə Abidəsində dini mərasimə qatılacaq. O, həmçinin ispan əsilli xalqların və Afro-Amerikalıların əsasən məskunlaşdığı Harlem rayonunda yerləşən Roma Katolik orta məktəbini ziyarət edəcək.

Papa Fransis Nyu-Yorka Vaşinqtondan cümə axşamı günü səfər edib. O, Manhattanda yerləşən Müqəddəs Patrik Kafedralında axşam duasına rəhbərlik edib.

Papa Nyu-Yorkdan şənbə günü ayrılaraq Filadelfiya şəhərinə iki günlük səfər edəcək. Bu şəhər onun son dayanacağı olacaq.

Papa Fransis bazar günü Filadelfiyada iki milyon insan qarşısında dini ayin keçirdikdən sonra Vatikana yola düşəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG