Accessibility links

Roma Papası Fransis vəzifəsinə başlayıb


Papa Fransis Roman Katolik kilsəsinin rəhbəri qismində ilk iş gününə başlayıb.

Tarixdə ilk dəfə Latın Amerikasından keşiş Santa Maria Macior adı ilə tanınan kilsədə dua edib. Bu gün axşam papa Sistin kapellasında onu papa vəzifəsinə layiq bilən kardinallarla özəl dua mərasimi keçirəcək.

O, mümkün qədər tez bir zamanda ötən ay vəzifəsindən istefa verən sələfi papa Emeritus Benediktlə görüşməyi planlaşdırır.

Papa Fransis bu vəzifəyə seçilən və Fransis adını götürən ilk yezuitdir.

Dünya liderlər Argentinada Corc Berqoqlio adı ilə tanınan sabiq kardinal və yeni papa Fransisə təbrik məktubları göndərib.
XS
SM
MD
LG