Accessibility links

Roma Papası Fransisin torpaq üzərində nəhəng portreti yaradılıb



İtaliyanın şimalında Verona şəhərində Suriyada sülh naminə oruc tutub dua edilməsindən bir neçə gün əvvəl torpaq üzərində Roma Papası Fransisin portreti yaradılıb.

İtaliyalı rəssam Dario Qambarin Kastaqnaro vilayətində 100 metrlik sahədə portreti yaratmaq üçün traktordan istifadə edib. O, əsərə “Sevgi Azad Edir” adı verib.

Torpaq üzərində portreti yaratmaq 6 saat vaxt aparıb. Bu, itliyalı rəssamın son zamanlar torpaq üzərində yaratdığı sonuncu əsəridir. Torpaq sahəsi rəssamın fermer olan valideyinlərinə məxsusdur.

Son bir neçə il ərzində Dario Qambarin norvecli Edvard Mançın məşhur “Haray” əsərinin kopiyasını və ABŞ prezidenti Barak Obamanın portertini çəkib.

Qambarin torpaqdan əkinçilik üçün istifadə olunması məqsədilə yaratdığı əsərlərini bir neçə gündən sonra pozur.
XS
SM
MD
LG