Accessibility links

Vatikan bildirib ki, Papa Fransis Türkiyəyə üçgünlük səfərini müsəlman liderlərlə münasibətləri möhkəmləndirməyə həsr edəcək.

Rəsmilər deyib ki, Roma Papasının müsəlmanların üstünlük təşkil etdiyi, lakin konstitusiyaya əsasən dünyəvi olan ölkədə Rəcəb Tayyib Ərdoğan və yüksək səviyyəli dindar Mehmet Görməzlə görüşü zamanı dini tolerantlıq və ekstremizmlə mübarizə gündəmdə olacaq.

Səfər müsəlmanlarla xristianlar arasında gərginliyin vüsət aldığı və İslam Dövləti qrupunun yaraqlılarının İraq və Suriyada əraziləri ələ keçirməsi nəticəsində 1.6 milyon qaçqının Türkiyəyə qaçması ilə eyni vaxtda keçirilir.

XS
SM
MD
LG