Accessibility links

Roma Papasi Livana gəlib


Livanda Roma papasını xristian və müsəlmanlara sülh çağırışı verəcəyi gözlənilir

Livana gələn Roma Papasi XVI Benediktin orada müsəlman və xristianları sülhə çağıracağı gözlənilir.

Üç günlük səfərə gələn Papa cümə günü Beyrut aeroportunda tərəfdarlarının alqışları ilə Livan prezidenti Mişel Suleyman və rəsmi şəxslər tərəfindən qarşılanıb.

Returers xəbər agentliyinin məlumatında bildirilir ki, Papa Ərəb Baharını “azadlığın müsbət hayqırtısı” adlandırıb. O, həmçinin Suriyaya ixrac olunan silahları “böyük günah” adlandırıb.

Livan əhalisinin 40 faizə qədəri xristiandır. Səfər çərçivəsində Papa Benedikt Livan rəsmiləri və xristian icmalarının rəhbərləri ilə görüşəcək.
XS
SM
MD
LG