Accessibility links

Holliwood paparazziləri [VİDEO]


Öz aralarında rəqabət aparan fotoqraflar, və ya paparazzilər məşhurların evlərinin yanında gözləyərək, onları nə isə edərkən, yemək yeyərkən, hətta dava edərkən belə şəkillərini çəkməyə çalışırlar.

Los-Ancelesdə yerləşən Londonun Entertaintment qupundan Qayls Harrison: “Onlar şəkillərə baxmağı sevirlər. Amma bu şəkillərin necə əldə edilməsindən xoşları gəlmir."

Qayls Harrison deyir ki, London Entertainment Qrupu məşhurlar haqda dedi-qoduları daha da alovlandırır. “Mən məşhurlar haqda məlumatları həmişə görürdüm. Onların şəklini çəkməklə gəlir əldə etmək mənim ağlıma heç vaxt gəlməmişdi. Ancaq indi bilirəm ki, bunu etmək olar.”

Şənbə günü səhər Harrison Britni Spirs kimi məşhurların şikarına çıxıb. Qayls və onun komandası hansısa məşhuru gözdən qaçırmamaq üçün çox diqqətli olmalıdır.

O, yoldaşlarına Robert Redfordun maşına mindiyini deyir.

Qayls bunun onun arzusu olan jurnalizm demək olduğunu və bir az da həyatına həyəcan gətirdiyini deyir. “Mən vertolyotlardan, təyyarələrdən asılmışam, mən hansısa şəkli çəkmək üçün min-bir oyundan çıxmışam.”

İki metrlik boyu ilə Qayls üçün nəzərdən qaçmaq asan deyil.
“Mən bunların çoxunu sata bilərəm, gedək çəkmək üçün başqa kimisə tapaq.”

Aktyor Devid Faustinonun da digər aktyorlar kimi bundan xoşu gəlmir. “Onlar vacib iblisdirlər. Mən ilk gündən bəri onlarala üzləşirəm. Amma onlar da məni Custin Biberi güdən kimi təqib etmirlər. Hər şey qaydasındadır. Bura Hollivuddur.”

Artıq uzun illərdir Los-Ancelesdə paparazzilər arasında rəqabətə baxmayaraq, 20 ildir bu bizneslə məşğul olan Qayls özünə dost tapa bilib. Həmin dostlarının köməyi ilə o, nəhayət ki, braziliyalı modelyer Alessandro Ambrosionun uşaqları ilə birlikdə izinə düşüb. “Valideynlərin burada çox seçimi yoxdur. Kardaşyanlar kimi, elə ki, sən uşaqlarınla ictimaiyyət qarşısına çıxdın, onda bunu geri götürmək mümkün deyil.”

Məşhurların kimliyindən asılı olaraq, paparazzilər çəkdikləri bir şəklə görə bir neçə dollardan tutmuş minlərlə dollar qazana bilir.
XS
SM
MD
LG