Accessibility links

Papirus - Misir və Yunan sivilizasiyasının rəmzi


Papirus dayaz təmiz sularda bitən, yüngül, hündürlüyü 5 metrə qədər, lakin çox möhkəm qamışdır. Qədim Misir sivilizasiyasında bu qamışdan çox istifadə edilirdi. Qədim yunanlar bu qamışdan kağız kimi və məşhur sütunlarının bəzədilməsi üçün istifadə edib. Lakin həm Misirdə, həm də Afrikada suyun elektrik stansiyalarının işləməsi, tarlaların suvarılması və tikinti işlərinə sərf edilməsinə görə papirus bataqlıqları yoxa çıxmağa başlayıb.

Papirus qədim Misir sivilizasiyasının rəmzi idi. Aralıq dənizi ölkələrində papirusdan kağız düzəldilirdi.

Yazıçı və ekoloq Con Qode qədim alimlərin papirusu möcüzə saydıqülarını və Misir sivilizasiyasının papiruzsuz təsəvvür etmək belə mümkün olmadığını deyir.“Onlar papirusdan qayıqlar düzəldirdi. Sonra isə fikirləşdirlər ki, qayıq düzəltmək mümkündürsə, suda evlər də tikmək mümkündür. Daha sonra isə papirusdan çox sahədə istifadə etdilər, məsələn, ayaqqabı, səbət, kəndur və c.”

Lakin əsrlərlə papyrus bataqlıqları tikinti və kənd təsərrüfatı sahələri üçün qurudulduqca bu təbii resurs tükənirdi. Bundan əlavə bu materialdan düzələn əşyalar quşlar və balıqların yaşayır yerinə çevrilir, ətraf mühitim çirklənməsinin qarşısını alırdı.

Con Qode onu da əlavə edir ki, təmiz su azalır və papyrus bataqlıqları bunun qarşısının alınmasına yardım edə bilər. “Su torpağa höpur, görünməyən yeraltı sistemi canlandırır. Qamışların sıxlığı örtü yaradır və bu rütubəti saxlayır. Papyrus suyun yolunu itirməsinə mane olur. Papirusa malik olmaq, su rezervuarına malik olmaqdan daha yaxşıdır."

Müəllifi olduğu “Papyrus” kitabında papyrus haqda daha geniş məlumat verən yazıçı Con Qode bu bitkinin bugünkü faydasından danışır və yerli iqtisadiyyata yadım edə biləcəyinə ümid edir. Ekoloq papyrus sənayesinin bir də çiçəklənəcəyinə inanır.

XS
SM
MD
LG