Accessibility links

Paraqvayda nümayişçilər parlament binasını yandırıblar


Paraqvayda Senat gizli bir şəkildə konstitusiyanı dəyişmək lehinə qərar verəndən sonra ölkədə bir sıra etiraz aksiyaları keçirilib. 1992-ci ildə amansız diktaturanın süqutundan sonra qəbul olunan konstitusiyaya əsasən, prezidentlərin yenidən namizədliklərini irəli sürmələrinə icazə verilmir.

Nümayişçilər cümə günü parlament binasının pencərələri sındırıb, binanın içini yandırıblar. Bir nümayişçinin başına aldığı zərbə nəticəsində öldüyü bildirilir. Müxalifət liderləri onun polisin atdığı rezin güllədən öldüyünü iddia edir.

Paraqvay
Paraqvay

“Ölkədə çevriliş olub. Biz müqavimət göstərəcəyik və bütün xalqı bizimlə birlikdə müqavimət göstərməyə çağırırıq”, deyə müxalif Mütərəqqi Demokrat Partiyasından senator Desiri Masi bildirib.

Twitterdə yaydığı bəyanatda prezident Horasio Kartes nümayişçiləri sakitləşməyə çağırıb və deyib ki, “demokratiya nə zorakılıqla əldə olunur nə də müdafiə edilir.”

Qanun layihəsi daha sonra nümayəndələr palatasına göndəriləcək. Əgər təsdiq olunsa, Kartes 2018-ci ildə, hazırkı 5 illik prezidentlik müddəti başa çatdığında, yenidən namizədliyini irəli sürə biləcək. Bundan əlavə 2012-ci ildə devrilən keçmiş prezident Fernando Luqo da yenidən namizədləyini irəli sürmək haqqı əldə edəcək.

Paraqvay, Peru və Çili daxil olmaqla bir sıra Cənubi Amerika ölkələrində prezidentlərin ard-arda namizədliklərini irəli sürmələrinin qarşısını alan qanunlar mövcuddur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG