Accessibility links

Fransa prokurorluğu keçən həftə Parisdə həyata keçirilən terror hücumlarının arxasında duran şəxsin çərşənbə günü polis reydi zamanı öldürülənlər arasında olduğunu təsdiq edib.

Əslən Mərakeşdən olan, 28 yaşlı belçikalı Əbdülhəmid Əbaoud polisin Saint-Denisdəki binaya hücumu zamanı içərində olub.

Bu arada Fransa qanunvericiləri keçən həftənin cümə günü həyata keçirilən hücumlardan sonra ölkədə fövqəladə vəziyyətin daha 3 ay uzadılmasına qərar verib. Fransanın Milli Assambleyası bu qərarı təsdiq edib. Sabah isə Senatın təsdiq edəcəyi gözlənilir.

XS
SM
MD
LG