Accessibility links

Vəkil Paris hücumlarının şübhəlisinin ekstradasiyasından danışıb


2015-ci ildə Parisdə törədilən terror hücumlarının əsas şübhəlisi Salah Abdeslam Fransaya ekstradasiya edilməmişdən əvvəl bir neçə həftə Belçikada həbsdə saxlanılacaq.

Bu haqda açıqlamanı onun vəkili verib. Vəkil bildirib ki, Abdeslam Fransaya dərhal ekstradasiya oluna bilməz. O, keçən ay Brüsseldə reydlər zamanı polislə atışmaya görə Abdeslam cinayət işinə cəlb olunub.

Abdeslam dörd ay axtarışdan sonra Belçikada martın 18-i həbs olunub.

ABŞ dövlət departamenti Abdeslamı qlobal terrorçu adlandırıb.

Dövlət Departamenti açıqlamasında Abdeslamı İslam Dövləti qrupunun üzvü kimi təqdim edib və qrupu xarici terrorçu təşkilatı adlandırıb.

Belçikada anadan olan Abdeslam noyabrın 13-ü Parisdə 130 nəfərin ölümü ilə nəticələnmiş terror hücumunun təşkilində ittiham olunur.

XS
SM
MD
LG