Accessibility links

Maykl Ceksonun qızı intihara cəhd göstərib [Fotoqalereya]


Pop musiqi kralı Maykl Ceksonun qızı Paris Ceksonun intihar etməyə cəhd göstərdiyi haqda xəbərlərdən sonra media bunun səbəblərini araşdırmağa başlayıb.

TMZ adı çəkilməyən mənbəyə istinadən bildirib ki, Paris əvvəllər də özünə qəsd etməyə cəhd göstərib. Amma vəziyyət indi əvvəlkindən daha ciddi olub və bu dəfə o ağlayaraq kömək üçün müraciət etməyib.

Xəbər içtimayyət tərəfindən şok kimi qarşılanıb. Məktəb idman komandasına dəstək verən və internetdə kasmetikadan istifadə dərsləri verən Paris bu yaxınlarda ayrı yaşadığı anası Debbi Rovla bərabər vaxt keçirməyə başlayıb. Deyilənə görə o, anası ilə gərginləşmiş münasibətlərini bərpa etmək istəyir. Təəssüf ki, yeniyetmə qız indi təhlükəli bir durumdadır. Verilən məlumatlara görə o, biləyində damarını kəsib.

TMZ mənbəyə istinadən bildirib ki, Paris intihar cəhdindən bir qədər əvvəl Merilin Mansonun konsertinə getməyə icazə almadığı üçün çox hirslənib. Bundan bir neçə saat sonra yerli vaxtla səhər saat 2-də o yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Mediada yayılmış fotolarda onun biləyində bir neçə yerdən kəsik izləri görünür. Amma yaxşı xəbər budur ki, o indi özünü yaxşı hiss edir.
XS
SM
MD
LG