Accessibility links

Dünya liderləri Parisdə jurnalistlərin qətlini qətiyyətlə qınayır [Video]


Dünya ölkələri Parisdə hücumu qınayır
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Dünya lideləri və söz azadlığı müdafiəçiləri Fransada satirik Charlie Hebdo qəzetinə hücumu kəskin qınayıb. Hadisə nəticəsində qəzetin baş redaktoru da daxil olmaqla, 10 jurnalist və iki polis işçisi həlak olub. Həftəlik qəzet dünya dinləri ilə bağlı karikaturalar dərc edirdi.

Fransa və İspaniyada insanlar küçələrə çıxaraq, satirik Charli Hebdo qəzetinə hücum nəticəsində həlak olmuş jurnalistlərə dəstək nümayiş etdirib. Jurnalistika fakülətisinin tələbəsi bunun azad mətbuata hücum olduğunu deyir: “Bu, azad tonu və müstəqilliyi ilə seçilən bir qəzetdir. Onun müstəqilliyi və mətbuat azadlığına hücum edilib. Jurnalistikanın mahiyyəti bundan ibarətdir, biz bunu öyrənirik. Biz jurnalist olmağa hazırlaşırıq və bizim üçün bu, qəbuledilməzdir.”

Qəzetin ofisinə hücum ağır silah daşıyan maskalı şəxslər tərəfindən səhər iclasının keçirildiyi zaman baş verib.

Britaniyanın Baş naziri Deyvid Kameron, Almaniya kansleri Angela Merkel və ABŞ prezidenti Barak Obama hücumu vəhşilik aktı kimi qiymətləndiriblər.

Prezident Obama bəyanatda bildirib:”Biz Fransa xalqı ilə universal ifadə azadlığına inam kimi bölüşdüyümüz dəyərlər bəzilərinin mənasız zorakılığına görə susdurula bilməz.”

Satirik qəzet bundan əvvəl də hücumlara hədəf olub. 2011-ci ildə Məhəmməd Peyğəmbərin karikaturalarına görə qəzetin ofisinə bomba atılmışdı.

Parisdə hücum son illər Avropada ən dəhşətli terror hücumlarından biri hesab edilir. ABŞ Dövlət katibi Con Kerri hadisəni bəşəriyyət və azadlıq və sivil dünya əleyhdaları arasında ən böyük qarşıdurmanın bir hissəsi kimi qiymətləndirib: “Onlar silahlara malik ola bilərlər. Lakin bizi Fransada və Birləşmiş Ştatlarda silahlardan qat-qat güclü olan sadəcə qələm deyil, qorxu əvəzinə azadlığı təmsil edən bir qələmə malik olan insanlarla ümumi amal birləşdirir.”

Dünya ölkələrində minlərlə insan Facebook və Tvitter sosial şəbəkələrində qəzetə dəstək bildirərək, söz və ifadə azadlığını müdafiə edib.

Fransada müsəlman liderlər hücumu cinayətkarların əməli kimi qınayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG