Accessibility links

Fransa polisinin bildirdiyinə görə, Paris stadionu yaxınlığındakı barda və digər bir restoranda atışma olub. Şahidlərin dediyinə görə, 11-ci rayondakı restoranda silahlı şəxs insanları atəşə tutub.

Fransa prezidenti stadionda Fransa ilə Almaniya komandalarının futbol yarışını seyr edirmiş. Fransua Holland hadisə yerindən evakuasiya edilib.

Digər bir neçə yerdə patlayış olub. Bataklan konsert mərkəzində insanlar girov götürülüb.

Bir neçə adamın həlak olduğu bildirilir.

Bu iki atışma arasında əlaqə olduğu bəlli deyil. Atışmalar haqda ətraflı məlumat verilməyib.

XS
SM
MD
LG