Accessibility links

Brüsseldə artıq üç gündür təhlükəsizlik səviyyəsi yüksək həddədir

Brüsseldə çərşənbə günü məktəblər və metro sistemi bağlı olaraq qalıb. Şəhərdə yüksək təhlükəsizlik tədbirləri görülüb, rəsmilər isə noyabrın 13-də Parisdə baş verən hücumlarda əsas şübhəlinin axtarışlarını davam etdirir.

Artıq üç gündür şəhərdə təhlükəsizlik səviyyəsi yüksək həddədir qalır. Paytaxtdakı normal həyat pozulub. Sakinlər qorxu içərisində yaşadıqlarını deyir.

Bazar ertəsi Belçikanın Baş naziri Şarl Mişel bildirib ki, ciddi təhlükə hələ də qaldığı üçün paytaxtda təhlükəsizlik səviyyəsi gələn həftəyədək ən yüksək səviyyədə qalacaq.

Lakin o həmçinin insanların həyatın normal məcraya qayıtmasını istədiklərini, çərşənbə günü metronun işə düşəcəyi və məktəblərin fəaliyyətinin bərpa olunacağını bildirib.

Bu arada, Mərakeş rəsmiləri Belçikanın Salah Abdelsalamın axtarışlarında ölkə ilə daha yaxın və sıx əməkdaşlıq etmək istədiyini bildirib. Mərakeş əsilli Salah Abdelsalam 130 nəfərin ölümü ilə nəticələnən hücumdan bir neçə saat sonra Belşika sərhədini keçib.

XS
SM
MD
LG